Əhalinin 20 milyon borcu var - AZƏRSU
Bizi izləyin

Sosial

Əhalinin 20 milyon borcu var - AZƏRSU

"Azərsu"ya 20 milyon manatdan artıq borc var. Abunəçilərin cari borcları nəzərə alınmasa, onların 18-19 faizinin borcu var. Hər gün borclu abunəçilərin suyunu kəsirik.

Publika.az xəbər verir ki, bu sözləri Cəbhə.info-ya açıqlamasında "Azərsu” Açıq Səhmdar Cəmiyyətinin mətbuat katibi Anar Cəbrayıllı deyib.

Onun sözlərinə görə, borclu anonentlərin əksəriyyəti həyət evlərində yaşayanlardır:

"Son iki ay ərzində kifayət qədər köhnə borc yığa bilmişik. Elə rayon var ki, köhnə borclardan ayda 100 min pul yığmışıq. 2011-ci ildən qalan borclar da var”.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm