Dəm qazından zəhərlənmələr azalıb
Bizi izləyin

Səhiyyə

Dəm qazından zəhərlənmələr azalıb

2016-cı illə müqayisədə dəm qazından zəhərlənmələr azalıb.

Publika.az xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin baş taksikoloqu Azər Maqsudov məlumat verib.

O qeyd edib ki, ötən illə müqayisədə bu il dəm qazından zəhərlənmə ilə müraciət edənlərin sayının azalmasında KİV-nin maarifləndirmə tətbirlərinin əhəmiyyəti çoxdur:

"2016-cı ildə toksikoloji mərkəzə 455 nəfər dəm qazından zəhərlənmə diaqnozu ilə qəbul edilib. Amma aparılan təbliğat nəticəsində 2017-ci ildə bu rəqəm 207 nəfər olaraq qeyd olunub. Bu il dəm qazından zəhərlənmə ilə bağlı daxil olan xəstələrədən 1 nəfər ölüb. Ötən il isə heç bir ölüm halı qeydə alınmayıb".

A.Maqsudov bildirib ki, bəzən məişət qazı ilə bağlı zəhərlənmə halları olur. Xəstəxanaya müraciət edərkən dəm qazından zəhərlənmə deyilsə də, müayinə zamanı bunu ayırd etmək olur.

Onun sözlərinə görə, bu cür məqamların müəyyən edilməsi zamanı xüsusilə həkim psixiatrların diaqnozu önəmlidir:

“Dəm qazından zəhərlənmə olduqca risklidir. İntihar məsələləri əksər hallarda məişət qazı ilə bağlı olur. Xəstəxanaya gətirilən zaman həkimlərə yanlış məlumatlar verilsə də, müayinə zamanı bunu dəqiqləşdirmək mümkündür. Həm zəhərlənmənin gedişatında, insanların ümumi vəziyyətində və orqanizmdə zəhərlənmənin miqdarından asılı olaraq təsbit etmək olur ki, bu bədbəxt hadisə olub, yoxsa intihar. Amma məişət qazından zəhərlənmə zamanı ölüm hadisəsi qeydə alınmayıb. O ki qaldı dəm qazı ilə intihara cəhdə, o bir çox suallar doğurur. Bu üsulla intihara cəhd olduqca çətin məsələdir və toksikoloji mərkəzdə belə bir vəziyyətə rast gəlməmişik”.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm