Sosial
Fazil Mustafa məcburi köçkünlərin mənzil probleminə toxundu
“Müəllim, həkim- yoxsul kontingentə daxil olan insanlardır. Bəzilərinin evində məcburi köçkün qardaşlarımız məskunlaşıb, ev sahibləri də illərdir kirayədə yaşayır”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Fazil Mustafa Mülki Məcəlləyə dəyişiklərlə bağlı müzakirələr zamanı deyib.
Millət vəkili bildirib ki, bu insanların bəziləri mənzil sahibi olmaq üçün bütün ömürboyu gözləməli olublar: “Yaxşı olar ki, biz məcburi köçkünlərin mənzil şəraitinin yaxşılaşdırılması işini qısa zamanda yekunlaşdıraq. "Qaçqınkom" bu məsələyə daha həssas yanaşmalıdır. Həmçinin bir mənzilin bir neçə şəxsə satılması məsələsi ilə bağlı da dəfələrlə bizə müraciət edilib və biz də prokurorluq orqanlarına müraciət edərək məsələnin həllinə kömək etməyə çalışmışıq”.
F.Mustafa vurğulayıb ki, dövlət vətəndaşın şəxsi mülkiyyətinin təmin edilməsi istiqamətində müəyyən addım atılmalıdır. “Bu qanun layihəsi bir sıra problemlərin həllinə kömək edəcək. Lakin hesab edirəm ki, yeni dəyişikliklər 3-4 il əvvəl tikilən evlərə də aid edilməlidir. Bu gün çoxmənzilli binalarda məskunlaşanların əksəriyyətinin sənədi olmur. Onlar mənzillərini satanda bina sahibinə 3-4 min manat əlavə ödəniş etməli olur”.
Gülxar
-
ABŞ03:13
Komaya düşən qalmaqallı bloqer ÖLDÜ
-
Səhiyyə02:42
Ən güclü qan qrupu: onun sahibləri ÇOX YAŞAYIRLAR
-
Sosial01:41
Azərbaycanı görünüşü ilə heyrətə gətirən uşağın atası danışdı - VİDEO
-
Sosial00:30
“Space" TV-yə geri döndü: "Məbləğin bir qismi ödənildi" - FOTO/VİDEO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: normal imkanlar yaranana qədər gözləyin
-
MDB00:00
Putinə indi məruzə edildi, Şoyquya isə əvvəlcədən deyilib
-
Nida Xəbər 23 Aprel 23:48
Nazirlər Kabinetindən YENİ SİYAHI - Kimlərin adları var?
-
Magazin123 Aprel 23:36
Tünzalə imicini dəyişdi - FOTO