Sosial
Uşaqlar evdən niyə qaçır? - KOMİTƏDƏN AÇIQLAMA
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinə edilən müraciətlərə əsasən, uşaqların evdən qaçma səbəbi daha çox zorakılq halları ilə bağlı olur.
Publika.az xəbər verir ki, bunu Trend-ə komitənin Uşaq problemləri şöbəsinin böyük məsləhətçisi Pərviz Əliyev deyib.
Komitə rəsmisi bildirib: “Bizdə bununla bağlı statistika yoxdur. Lakin komitəyə edilən müraciətlər əsasında belə halları qeyd edirik. Bizə ya qaçan uşaqlar, ya da onların valideynləri müraciət edib kömək istəyirlər. Bu müraciətlərə əsasən deyə bilərik ki, uşaqlar evdən daha çox zorakılığa görə qaçırlar".
P.Əliyev deyib ki, evdən qaçan uşaqların arasında qızlar olsa da, oğlanlar üstünlük təşkil edir:
"Komitəyə il ərzində bununla bağlı 3-4 müraciət olur. Lakin o da nəzərə alınmalıdır ki, evdən qaçan hər bir uşaq bizə üz tutmur. Polisə də müraciət edənlər olur".
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!