Kərbəla adı ilə Goranboya aparılan qadın Çeçenistana göndərildi
Bizi izləyin

Sosial

Kərbəla adı ilə Goranboya aparılan qadın Çeçenistana göndərildi

Yeni il bayramı ərəfəsində Goranboy rayonunda tapılan, milliyətcə çeçen olduğunu deyən yaşlı qadın ötən gecə Azərbaycandan Çeçenistana yola salınıb.

Bu barədə modern.az saytına özünü 104 yaşlı Mədinə Əliyeva kimi təqdim edən qadının saxlanıldığı “Tereza ana” sosial sığınacağından məlumat verilib.

“Qadın Çeçenistan vətəndaşı olduğunu və ora qayıtmaq istədiyini demişdi. Müvafiq qurumlarla aparılan dəqiqləşdirmədən sonra onu Bakıdan Çeçenistana yola saldıq ”.

Bakıdakı “Tereza ana” sığınacağından onu da bildiriblər ki, Mədinə Əliyevanın yola salınması Rusiyanın Bakıdakı səfirliyinin köməyilə həll olunub. Qadını Çeçenistandan olan nümayəndələr müşayiət ediblər. Hətta ona sərhəddi keçmək üçün müvəqqəti sənəd də verilib.

Mədinə Əliyeva 2017-ci il dekabrın 23-də Goranboy rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində tapılmışdı. Azərbaycan, rus və çeçen dillərində yaxşı danışa bilən bu ahıl qadının Goranboya necə gəlib çıxması hüquq-mühafizə orqanlarını da təcübləndirmişdi. Tapılandan sonra Bakıdakı sosial sığınacağa yerləşdirilən M.Əliyeva Çeçenistana göndərilməsini xahiş etmişdi.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm