Bu aydan pensiyalar artır
Bizi izləyin

Sosial

Bu aydan pensiyalar artır

Azərbaycanda orta aylıq əmək haqqı ötən il 6.2 faiz artıb.

"Bu ay pensiya məbləğləri sözügedən rəqəmə indeksasiya ediləcək. Yəni, pensiya məbləğləri bu ay 6.2 faiz artacaq".

Publika.az xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Vüqar Bayramov deyib. O bildirib ki, yeni pensiya qanunvericiliyinə əsasən, indeksasiyada 2 əsas dəyişiklik var:

"Birincisi, pensiya məbləği əvvəlki ilin rəsmi infilyasiya məbləğinə deyil, orta aylıq əmək haqqıdakı artım faizinə indeksasiya ediləcək. İkincisi isə pensiyaların baza hissəsi ləğv edildiyi üçün artıq “keçmiş baza hissə” deyil, bütövlükdə pensiya məbləği indeksasiya olunacaq. Əvvəlki illər pensiyanın yalnız baza hissəsi indeksasiya olunurdusa, yeni qanunvericiliyə görə, artıq bu anlayışdan istifadə edilmir. Bu ildən isə bu, məbləğindən asılı olmayaraq bütün pensiya məbləğinə tətbiq ediləcək".

V.Bayramov onu da qeyd edib ki, 250 manat alan pensiyaçının təqaüdü 15.5 manat artacaq. Baza hissəsi ləğv olunduğu üçün hər bir pensiyaçı aldığı pensiyanın üzərinə orta aylıq əmək haqqındakı artım faizini əlavə edərək bu ay alacağı pensiyanın yeni məbləğini hesablaya bilər: "Əvvəllər də qeyd etdiyimiz kimi, indeksasiyanın birrəqəmli olduğunu nəzərə alsaq, bu il pensiya məbləğlərinin yenidən artırılması və xüsusən də orta pensiya məbləğinin yüksəldilməsi əsas prioritetlərdən olmalıdır".

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm