Sosial
Ramzan Kadırov Goranboyda tapılan 104 yaşlı qadına ev verdi - VİDEO
Çeçenistan Respublikasının rəhbəri Ramzan Kadırov Azərbaycanın Goranboy rayonunda tapılan 104 yaşlı Mədinə Əliyevaya ev hədiyyə edib.
104 yaşlı Mədinə Əliyevaya Qroznu İctimai Birliyində yaşayan valideyn himayəsindən məhrum olan 22 yaşlı İslam, 18 yaşlı Həvva və 16 yaşlı İman qulluq edəcəklər. Onlar həmin evdə M.Əliyeva ilə birlikdə qalacaqlar.
Publika.az xəbər verir ki, bu barədə mətbuata Çeçenistan parlamentinin sədri Maqomed Daudov məlumat verib. M.Daudov və müfti Salah Mejiyev evin açarlarını Mədinə Əliyevaya təqdim ediblər. 104 yaşlı qadın və valideyn himayəsindən məhrum olan 3 nəfər bundan sonra bu evdə birlikdə yaşayacaq.
Xatırladaq ki, Ramzan Kadırov son bir neçə həftə ərzində Azərbaycanda qalan M.Əliyevanın Çeçenistana qaytarılması ilə bağlı Rusiyanın Azərbaycandakı səfirliyi vasitəsilə kömək istəyib.
104 yaşlı M.Əliyeva ona hədiyyə edilən evə görə R.Kadırova təşəkkür edib.
Qeyd edək ki, 104 yaşlı Mədinə Əliyeva Yeni İl bayramı ərəfəsində Goranboy rayonunda tapılıb. İddialara görə, qadını Kərbəlaya aparmaq adı ilə Goranboya gətiriblər. Daxili İşlər Nazirliyi (DİN) məsələni araşdırıb və öz nəzarətinə götürüb. Nəticədə DİN və Çeçenistandan olan nümayəndə heyəti vasitəsilə qadın yenidən öz ölkəsinə yola salınıb.
Könül Cəfərli
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB