Sosial
Tanınmış uşaq yazarı ilə məktəblilərin görüşü oldu - FOTO/VİDEO
“Libraff” kitab mağazaları şəbəkəsi və Avropa Azərbaycan Məktəbinin (EAS) birgə əməkdaşlığı şəraitində uşaqlar üçün maarifləndirici və əyləncəli tədbir keçirilib.
Publika.az xəbər verir ki, tədbiri keçirməkdə məqsəd tədris prosesində əla nəticələr əldə etmiş şagirdləri oxumağa və xüsusilə də ana dilimzdə mütaliəyəyə təşviq etmək məqsədilə mükafatlandırmaq olub. Həmçinin, tanınmış uşaq yazarı Reyhan Yusifqızının imza günü tədbiri də təşkil olunub .
Avropa Azərbaycan Məktəbinin direktoru Qarri Qrippin məktəbin şagird və valideynlərini salamlayaraq, uşaqların doğma ana dilini mükəmməl bilməsinin əhəmiyyətindən danışıb. Sonra şagirdlərə TEAS Press Nəşriyyat evinə məxsus əmtəə nişanı olan “3 alma” nəşriyyatı adından “Mimi”, “Köhlən at” və “Qrin Qeyblz malikanəsinin qızı Anni” kitabları hədiyyə olunub.
Reyhan Yusifqızı uşaqlara müəllifi olduğu kitabın qəhrəmanı “Mimi”nin timsalında yüksək texnologiyaların əhəmiyyətindən və onun müasir cəmiyyətin inkişafına göstərdiyi misilsiz təsirindən bəhs edib. Yazıçı hədiyyə olunan kitabları imzalayıb. Daha sonra kitabın illüstratoru rəssam Səbinə Vəzirova balaca qonaqlara “Mimi” qəhrəmanının necə yaratdığını məktəblilərə izah edib.
Reyhan Yusifqızının sözügedən kitabında ikinci sinif şagirdi Aylinin yaşlı professorun evində yaşayan “Mimi” adlı qeyri-adi siçanla dostluğundan bəhs edilir. Tanınmış alim Lutfi Zadənin prototipi kimi qələmə alınmış professor oyuncaq siçanını əməliyyat edərək ona süni beyin yerləşdirir. “Mimi” insan kimi danışır, hərəkət edir, riyaziyyatı bilir. Aylinə riyaziyyat tapşırıqlarında kömək edir, onunla birlikdə musiqiyə qulaq asıb, rəqs edirlər.
Qeyd edək ki, Reyhan Yusifqızı (Şıxlinskaya) Azərbaycan yazıçısı, Yazıçılar Birliyinin üzvü, uşaqlar üçün elmi-kütləvi kitablar və fantastik povestlər müəllifi, pedaqoq, riyaziyyat üzrə fəlsəfə doktoru, dossentdir. Vaxtaşırı məktəblərdə və kitab evlərində oxucularla görüşlər keçirir. Məktəb tamaşalarına ssenarilər yazır. Rəqəmləri və riyazi məsələləri çox sevir. Yazıçının dediyinə görə, uşaqlıqda onun “Mimi” adlı oyuncaq siçanı var imiş. Yazıçı inanır ki, yüksək texnologiyaların inkişafı erasında oyuncaqlar artıq uşaqlarla danışacaqlar. O, “Mimi”ni bütün uşaqlara sevdirmək istəyir. Ən böyük arzusu isə onun haqqında cizgi filminin çəkilməsidir.
-
Maraq dünyası13:35
Dünyanın ən gənc və ürəyi boş milyarderi: Bu müəmmalı şəxs niyə hamıdan gizlənir?
-
Hadisə13:01
Cavanşir Məmmədov vəfat etdi
-
Hadisə12:30
Maşınlarını tıxacda saxlayıb dalaşdılar - VİDEO
-
Sosial11:55
Əli Əsədov qərar imzaladı
-
Sosial11:25
Ömrü yarıda, pulu havada qalanlar: Pensiya kapitalı varislərə qaytarıla bilər?
-
Hadisə11:10
Azərbaycanın əməkdar artisti vəfat etdi - FOTO
-
Müsahibə10:15
Diplomu 175 ölkədə tanınan azərbaycanlı: İki illik proses 40 gündə bitdi
-
Region09:20
Tavuşda etiraz başladı: Ermənilər İrəvan-Tbilisi yolunu bağladılar