Kəramət Böyükçöl üzr istədi
Bizi izləyin

Sosial

Kəramət Böyükçöl üzr istədi

Gənc yazar Kəramət Böyükçöl bir neçə gün öncə sosial şəbəkədə görkəmli şair Xəlil Rza Ulutürk haqqında işlətdiyi ifadələrə görə üzr istəyib.

Publika.az xəbər verir ki, K.Böyükçöl etdiyi paylaşımda səhvə yol verdiyini etiraf edib.

"Bir neçə gün bundan əvvəl feysbuk səhifəmdə Xəlil Rza Ulutürk haqqında yazdığım fikirlər birmənalı qarşılanmadı. Sərt reaksiya göstərildi. Mən şəhid atası Xəlil Rza haqqında səsləndirdiyim fikirlərin kökündən yalnış olduğunu anladım. Buna görə Xəlil Rzanın və onun qəhrəman oğlu şəhid Təbirz Xəlilbəylilinin ruhundan, onların ailəsindən, eyni zamanda Xəlilsevərlərdən üzr istəyirəm. Şəhidlər torpağa basdırılmış ehtiyat qüvvələrimizdir. Nə qədər torpaq altında yatan şəhidlərimiz var, vətənimiz bir o qədər böyük və qüdrətlidir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm