Ən çox korrupsiya hansı sahələrdədir?- RƏSMİ AÇIQLAMA
Bizi izləyin

Sosial

Ən çox korrupsiya hansı sahələrdədir?- RƏSMİ AÇIQLAMA

Ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin hansı sahələrlə bağlı olduğu açıqlanıb.

Publika.az xəbər verir ki, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyev bildirib ki, ötən il istintaqı tamamlanaraq məhkəməyə göndərilən işlərin ən çoxu bank və bank olmayan kredit təşkilatları ilə bağlı olub. Həmin sahə üzrə 43 cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Növbəti sırada isə özəl sektor gəlir. Bu sahə ilə bağlı 35 vəzifəli şəxs məsuliyyətə cəlb olunub.

İdarə rəisinin sözlərinə görə, ötən il ticarət üzrə 10, tikinti üzrə 10, yerli icra hakimiyyətləri ilə bağlı 5 vəzifəli şəxs barəsində cinayət işinin istintaqı tamamlanaraq məhkəmələrə göndərilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm