Sosial
Bu qurumlar dini ekstremizmə qarşı Tədbirlər Planı imzaladı
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, Daxili İşlər Nazirliyi, Baş Prokurorluq və Dövlət Təhlükəsizliyi Xidməti arasında dini ekstremizmə qarşı mübarizənin 2018-ci il ərzində də davam etdirilməsi məqsədilə Tədbirlər Planı imzalanıb.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsindən Publika.az-a verilən məlumata görə, Tədbirlər Planında dini ekstremizmə və onu doğuran səbəblərə qarşı birgə mübarizənin aparılması, bu istiqamətdə fəaliyyət göstərən qurumlar arasında koordinasiya işinin təşkili məqsədilə respublikanın bütün bölgələri əhatə olunmaqla seminar-müşavirələrin keçirilməsi nəzərdə tutulub.
İctimaiyyət nümayəndələrinin də cəlb olunacağı bu tədbirlərdə Azərbaycanda mövcud dövlət-din münasibətləri, bu sahədəki təhdidlər, eləcə də dini ekstremizmin yaranma səbəbləri və ona qarşı mübarizənin hüquqi əsasları, ölkədəki multikultural mühit və tolerantlıq ənənələri, müxtəlif dinlər və məzhəblər arasında əməkdaşlığa dair mövzularda geniş fikir mübadiləsinin aparılması planlaşdırılır.
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR