20 Yanvar şəhidlərinin xatirəsi Əskişəhərdə anıldı
Bizi izləyin

Sosial

20 Yanvar şəhidlərinin xatirəsi Əskişəhərdə anıldı

Əskişəhər Azərbaycanlılar Dərnəyi 20 Yanvar faciəsinin 28-ci ildönümü ilə əlaqədar şəhidlərin əziz xatirəsini anma mərasimi keçirib.

Dərnəkdən AZƏRTAC-a bildirilib ki, tədbirdə Anadolu Universitetinin professoru Zaur Mükerremin “Meydan” sənədli filminin təqdimatı olub.

Mərasimdə 20 Yanvar şəhidləri və türk dünyası şəhidlərinin xatirəsi birdəqiqəlik sükutla yad edilib. Sonra Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydın 20 Yanvar hadisələri haqqında məlumat verib. “20 Yanvar tarixi Azərbaycan üçün yeni mərhələnin başlanğıcıdır, qanlı olduğu qədər də Azərbaycanın şanlı tarixidir", - deyə Cavid Aydın vurğulayıb.

Daha sonra “Meydan” sənədli filmi nümayiş olunub.

Tədbirdə dərnək üzvləri, azərbaycanlı tələbələr, İğdırlı soydaşlarımız və Əskişəhərin müxtəlif təşkilatlarının nümayəndələri iştirak ediblər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm