Sofiyada Azərbaycan film gecəsi - FOTO
Bizi izləyin

Sosial

Sofiyada Azərbaycan film gecəsi - FOTO

Sofiyanın Kino Evində Azərbaycan kinosunun 120 illik yubileyi ilə əlaqədar Azərbaycan filmi gecəsi təşkil olunub.

Azərbaycanın Bolqarıstandakı səfirliyindən Publika.az-a verilən məlumata görə, gecədə Milli Məclisinin üzvü Ağacan Abıyev, İvan Vazov adına Milli Teatrın direktoru Marius Donkin, Milli Təbiət Tarixi Muzeyinin direktoru Nikolay Spasov, Bolqarıstan Xalq Məclisinin əməkdaşları, Bolqarıstanın digər dövlət və özəl qurumları və yerli icra hakimiyyəti orqanlarının nümayəndələri, bu ölkənin aparıcı QHT və KİV nümayəndələri, Bolqarıstanda akkreditə olunan diplomatik missiyaların rəhbərləri, “Azərbaycanın dostları” Bolqarıstan-Azərbaycan Dostluq Cəmiyyətinin nümayəndələri və Azərbaycan diasporunun üzvləri iştirak edib. Sofiya şəhərinin meri Yordanka Fandıkova tərəfindən tədbir iştirakçılarına təbrik məktubu ünvanlanıb.

Film gecəsi Sofiyada keçirilən MENAR Film Festivalı çərçivəsində Azərbaycanın Bolqarıstandakı Səfirliyi və Müqəddəs Kliment Oxridski adına Sofiya Universiteti nəzdində fəaliyyət göstərən Bakı Slavyan Universitetinin Azərbaycan Dili və Mədəniyyəti Mərkəzinin birgə təşkilatçılığı ilə baş tutub.

Festival bolqar cəmiyyətinə İslam dünyasının mədəniyyəti və ənənələri ilə tanış olmaq imkanı yaradır. MENAR Film Festivalı Balkan regionunda İslam mədəniyyətini nümayiş etdirən ən böyük tədbir hesab olunur.

Gecənin açılışında çıxış edən səfir 2018-ci ilin Azərbaycan tarixində bir sıra yubileylərlə əlamətdar olduğunu, belə ki, cari ildə müsəlman Şərqində ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin 100, müsəlman dünyasında ilk opera olan “Leyli və Məcnun” operasının 110, milli teatrımızın 145 və kinematoqrafiyamızın 120 illik yubileylərinin qeyd olunduğunu bildirib. Səfir bildirib ki, Səfirlik il ərzində bu əlamətdar tarixləri bolqar tərəfdaşlarla birgə müxtəlif tədbirlər vasitəsilə qeyd edəcək. N.Qurbanova Azərbaycanın Sofiya Menar Film Festivalında iştirakını il boyu baş tutacaq mərasimlər çərçivəsində ilk hadisə kimi qiymətləndirib.

Səfir son illər istehsal olunan 13 Azərbaycan filminin 20 ölkədə keçirilən 38 festivalda iştirak etdiyi və 20 mükafata layiq görüldüyünü xüsusilə qeyd etmişdir.

Səfir festival çərçivəsində nümayiş olunacaq rejissor İlqar Nəcəfin “Nar bağı” filminin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə “Azərbaycanfilm” Kinostudiyası və Buta Film şirkəti tərəfindən çəkildiyi, filmin süjet xətti və beynəlxalq arenada uğurları barədə məlumat vermişdir. N.Qurbanova davam etmişdir ki, film həmçinin ölkəmiz tərəfindən Amerika Kino Akademiyasının Oskar Mükafatına xarici dildə ən yaxşı film nominasiyasına təqdim edilib.

Sonra “Nar bağı” filmi nümayiş olunmuş və izləyicilərin böyük marağına səbəb olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm