Gömrük Komitəsi saxtakarlığın ÜSTÜNÜ AÇDI
Bizi izləyin

Sosial

Gömrük Komitəsi saxtakarlığın ÜSTÜNÜ AÇDI

Gürcüstandan Azərbaycana gətirilən ban nömrəsi saxtalaşdırılan avtomobil aşkarlanıb.

Dövlət Gömrük Komitəsinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Avtonəqliyyat Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan əməliyyat məlumatı əsasında Gürcüstandan Azərbaycana gətirilən 2016-cı ildə istehsal olunan “Land Rover Range Rover” markalı avtonəqliyyat vasitəsi saxlanılıb və avtomobilə baxış keçirilib.

Yoxlama zamanı həmin nəqliyyat vasitəsinin ban nömrəsinin saxtalaşdırıldığı müəyyən edilib.

Məlum olub ki, avtomobili Azərbaycan Respublikası vətəndaşının idarə edib. Faktla bağlı araşdırma aparılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm