Bir neçə rayonda SMART işıq sayğacları xarab oldu - Əhali işıqsız qaldı
Bizi izləyin

Sosial

Bir neçə rayonda SMART işıq sayğacları xarab oldu - Əhali işıqsız qaldı

“Azərişıq” ASC-nin mənzillərə quraşdırdığı SMART sayğaclarının proqram təminatında problemlər yaranıb.

APA-nın xəbərinə görə, Ağcabədi, Beyləqan və Füzuli rayonlarının bir çox yaşayış məntəqələrində ödənişlərin SMART sayğaclarına yüklənməsi mümkünsüz olub. Abonentlər SMART karta ödəniş edilməsi və sayğaca yüklənməsində çətinlik çəkirlər.

Hazırda sayğaclarda yaranan problemlər səbəbindən abonentlərin bəzilərinin mənzili işıqsız qalıb. Ağdam Elektrik Şəbəkəsinin operatorları abonentlərin müraciəti əsasında hazırda sayğacların proqram təminatının yenilənməsini həyata keçirirlər.

“Azərişıq” ASC-nin Ağcabədi Elektrik Şəbəkəsinin rəisi Şahid Tahirov açıqlamasında bildirib ki, nasazlıqlar sonuncu dəfə quraşdırılan İran istehsalı olan “PAUD RAAD” SMART sayğaclarında müşahidə olunur. Onun sözlərinə görə, şəbəkənin əməkdaşları hazırda kəndlərdə yaranan problemin həlli ilə məşğuldur.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm