FHN “Qafqaz Point” otelində yanğın-taktiki təlimi keçirəcək
Bizi izləyin

Sosial

FHN “Qafqaz Point” otelində yanğın-taktiki təlimi keçirəcək

Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin Yasamal rayon Yanğından Mühafizə Hissəsi və FHN-in Xüsusi Riskli Xilasetmə Xidmətinin Yasamal rayon bölməsi 2018-ci il yanvarın 24-də saat 14:00-da Bakı şəhəri K. Kazımzadə küçəsi 118-560 ünvanında yerləşən “Qafqaz Point” otelində yanğın-taktiki təlimi keçirəcək.

Publika.az nazirliyin saytına istinadən xəbər verir ki, təlimin keçirilməsində əsas məqsəd otellərin yanğından mühafizəsi üçün qarşılıqlı fəaliyyətin gücləndirilməsi, mümkün fövqəladə halların, o cümlədən yanğınların qarşısının vaxtında alınması və nəticələrinin çevik şəkildə aradan qaldırılması ilə bağlı şəxsi heyətin peşəkarlığının daha da artırılmasından ibarətdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm