Yol qəzasında ölən azərbaycanlı xanım jurnalistlə bağlı ÜRƏKDAĞLAYAN FAKTLAR - DƏHŞƏTLİDİR - FOTO
Bizi izləyin

Sosial

Yol qəzasında ölən azərbaycanlı xanım jurnalistlə bağlı ÜRƏKDAĞLAYAN FAKTLAR - DƏHŞƏTLİDİR - FOTO

Rusiyada yol qəzasında həlak olan azərbaycanlı jurnalist Ülviyyə Şamilqızının atası Şamil Məmmədov Qarabağ müharibəsində itkin düşüb.

Publika.az xəbər verir ki, Ş.Məmmədov Ağdərə rayonu uğrunda gedən döyüşlərdə yaralanaraq, itkin düşüb. Sonradan ona şəhid statusu verilib.

Belə ki, 1992-ci il noyabr ayının 4-də Ağdərə rayonu uğrunda gedən döyüşlərdə əsgərlərdən bir neçəsi yaralanıb. Düşmən onların olduğu ərazini daim atəş altında saxladığından yaralıları döyüş meydanından kənarlaşdırmaq mümkün olmayıb. Belə olan halda, gizir Şamil Məmmədov öz həyatını təhlükəyə atıb, yaralı əsgərləri xilas etmək üçün irəliləyib. Amma, az keçməmiş onun özü də düşmən gülləsinə tuş gəlib, yaralanaraq həmin ərazidə qalıb. Vəziyyət getdikcə daha da ağırlaşdığından hərbçilərimiz döyüş mövqelərini itirərək, geri çəkilmək məcburiyyətində qalıblar. Bu səbəbdən gizir Şamil Məmmədovla yanaşı, bir neçə yaralı əsgəri də ərazidən uzaqlaşdırmaq mümkün olmayıb. Həmin vaxtdan bu günə kimi də ailə üzvləri ondan hər hansı məlumat ala bilməyib.

Ülviyyə Şamilqızı yaxın aylarda ailə qurmağa hazırlaşırdı.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm