Sosial
Azərbaycanda 2 ayın gəlini yoxa çıxdı - - VİDEO
Göygöl rayonunda 2 ayın gəlini evdən qaçıb. Onun harda olması barədə 8 gündür ki, heç bir məlumat yoxdur. Gəlinin ailəsi isə səbirsizliklə onun tapılacagı günü gözləyir.
Publika.az "Xəzər TV"yə istinadən xəbər verir ki, 2 ayın gəlini evi tərk edib. Göygöl rayonunun Mollacəlilli kəndində 20 yaşlı Asiya Ağakişiyeva düz 8 gündür ki, axtarılır. Qaynatası bildirib ki, gəlinini fen almaq üçün mağazaya aparıb, sonradan isə onun həmin yerdən bir taksiylə uzaqlaşdıgını görüb.
Gəlinin qaynanası bildirib ki, Asiya oğlu Royal Bayramovla öz istəyi ilə ailə qurub. Evi tərk edənə qədərsə münasibətlərində heç bir problem olmayıb.
Elə qızın valideyinləri də məsələnin hansı səbəbdən baş verdiyini bilmir.
Ailə itən gəlin üçün çox böyük narahatçılıq keçirir. Qaynatası hətta onun tapılmasına kömək edəcək şəxsə mükafat da vəd edib.
Qeyd edək ki, məsələ ilə baglı Göygöl rayonu hüquq-mühafizə orqanlarına da müraciət edilib, araşdırılma aparılır.
-
Səhiyyə05:15
Ömrü uzadan pəhriz sınaqdan UĞURLA ÇIXDI
-
Avropa03:43
Meqan Markl Keyt Middletonun xəstəliyindən necə istifadə etdi? - ŞOK DETALLAR
-
Avropa02:00
Azərbaycanlı jurnalist Kiyevdə vəfat etdi - FOTO
-
Magazin101:41
Azərbaycanda tanınmış müğənni üçün 2-ci dəfə TOY ÇALINACAQ - VİDEO
-
Magazin100:30
“Sonradan soyunanda göz öyrəşmir” - FOTO
-
Qoroskop00:15
Günün ULDUZ FALI: çox ciddi münaqişə baş verə bilər
-
Sosial28 Mart 22:50
Əhaliyə ŞAD XƏBƏR: pensiya və müavinətlər artırıla bilər - VİDEO
-
İdman28 Mart 22:24
UEFA-dan Avro-2024-lə bağlı YENİLİK - Yekun qərar bu tarixdə veriləcək