Bu gün Beynəlxalq Ana Dili Günüdür
Bizi izləyin

Sosial

Bu gün Beynəlxalq Ana Dili Günüdür

Bu gün Beynəlxalq Ana Dili günüdür.

Publika.az xəbər verir ki, bu barədə qərar Banqladeş səfirinin təşəbbüsü ilə YUNESKO-nun 1999-cu ilin noyabrında keçirilən 30-cu sessiyasında elan edilib.

Beynəlxalq Ana Dili Gününün tarixçəsi isə 1952-ci il fevralın 21-də Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 tələbənin öldürülməsi ilə əlaqədardır.

Bu il Beynəlxalq Ana Dili Günü “Linqvistik müxtəlifliyin qorunub saxlanılması və Dayanıqlı İnkişaf Məqsədlərinin reallaşdırılmasına kömək məqsədilə multilinqvizmin təşviqi” mövzusuna həsr olunacaq və həmin gün üzv ölkələrdə bu istiqamətdə tədbirlər, konfranslar, seminarlar keçiriləcək.

Dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə hər il keçirilən Beynəlxalq Ana Dili Günü hər kəsə öz doğma dilinin varlığını hiss etmək, onunla qürur duymaq, qorumaq və inkişaf etdirmək hüququ olduğunu bir daha xatırladır.

Dilin dövlət dili statusu qazanması həqiqətən qürur gətirən tarixi hadisədir. Dilimiz çox zəngin və ahəngdar dildir, dərin tarixi köklərə malikdir. Bu siyasətin əsası hələ 1970-ci ildə qoyulub. Heydər Əliyev həmin il Bakı Dövlət Universitetinin 50 illik yubileyində Azərbaycan dilində çıxış edib. Az keçməmiş bu dil dövlət əhəmiyyətli tədbirlərə yol açıb. Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi isə həmin dövr üçün əhəmiyyətli hadisə idi.

Azərbaycan müstəqillik qazandıqdan sonra 1995-ci ildə qəbul edilən Konstitusiya ilə dövlət dilinin adı bərpa olunub. Bundan sonra hökumət səviyyəsində ana dilinin inkişafı və qorunması istiqamətində əhəmiyyətli sənədlər qəbul edilib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm