DİM - Müsahibədə iştirak etməyənlərin adı bazada qeydiyyata alınır
Bizi izləyin

Sosial

DİM - Müsahibədə iştirak etməyənlərin adı bazada qeydiyyata alınır

Dövlət İmtahan Mərkəzi tərəfindən yanvarın 11-də elan edilmiş dövlət qulluğuna qəbul üçün müsabiqənin müsahibə mərhələsi üzrə bir sıra namizədlərin müsahibə nəticələrini açıqlayıb.

DİM-dən Publika.az-a verilən məlumata görə, müsahibələr Bakı şəhəri, həmçinin mərkəzin Gəncə, Şəki, Şirvan, Lənkəran regional bölmələri, Quba regional “ASAN” xidmət mərkəzi daxil olmaqla 16 müxtəlif yerdə təşkil edilib.

Digər 2 bölgədə (Mingəçevir və Bərdə) müsahibələrin keçirilməsinə yaxın günlərdə başlanılacaq. Gün ərzində keçirilməsi nəzərdə tutulan 110 müsahibədən 68-i baş tutub, 42 namizədlə müsahibə isə onların gəlməməsi səbəbindən baş tutmayıb. Müsahibədə iştirak etmiş namizədlərdən 23-ü iddia etdiyi vəzifəyə uyğun hesab edilib.

“Müsahibələrin təşkili və keçirilməsi üçün Dövlət İmtahan Mərkəzi və dövlət orqanları tərəfindən kifayət qədər vəsait və resurslar sərf olunur. Xüsusilə nəzərə almaq lazımdır ki, müsahibələr ilk dəfə olaraq regionlarda da keçirilir və bu məqsədlə Dövlət İmtahan Mərkəzi və dövlət orqanlarının nümayəndələri bu bölgələrə ezam olunurlar.

Dövlət İmtahan Mərkəzi namizədlərin nəzərinə çatdırır ki, onların müsahibədə iştirak etməmələri üzrlü hal kimi qəbul edilmir, namizədlərin məsuliyyətsizliyi kimi xarakterizə edilir və belə hallar Dövlət İmtahan Mərkəzinin məlumat bazasında qeydiyyata alınır.

Müsahibələrdə iştirak etmək istəməyən namizədlər müsahibə tarixinə 1 gün qalmış, səhər saat 10:00-dək müraciətlərini ləğv etməlidirlər.

Namizədlərlə müsahibələr martın 16-dək davam edəcəkdir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm