Sosial
“Piyadalarla bağlı cəzalar sərtləşdirilməlidir” - DEPUTAT
“Bir çox hallarda piyadaların yol hərəkəti qaydalarını pozması nəticəsində qəzalar baş verir. Bir neçə gün əvvəl əfv komissiyasının iclasında tanış olduğumuz ərizələrin əksəriyyəti piyadalarla bağlı baş verən qəzalarla əlaqədar idi”.
Publika.az xəbər verir ki, bu sözləri millət vəkili Elmira Axundova “Yol Hərəkəti haqqında” qanun layihəsi ilə bağlı dəyişikliklərə münasibət bildirərkən deyib.
Millət vəkili bu hadisələr nəticəsində bəzən iki ailənin məhv olduğunu xatırladıb:
“Buna görə də piyadaların piyada keçidlərindən istifadəsi ilə bağlı cəzalar sərtləşdirilməlidir”.
Millət vəkili “Yol hərəkəti haqqında” qanunda sərnişinlər və avtobus sürücüləri ilə bağlı müddəaların da sərtləşdirilməsinin vacibliyini bəyan edib:
“Müvafiq qurumların açıqlamaları göstərir ki, sərnişin avtobusları ilə törədilən qəzalar artıb. Özəl sərnişindaşıma şirkətinin sürücüləri bəzən sürücülük vəsiqəsi olmadan fəaliyyət göstərir. Bu zaman yüzlərlə insanın həyatı təhlükəyə atılır. Belə şəxslərin cəzaları artırılmalıdır. Mətbuatdan tez-tez sərnişinlərin sürücülərə qarşı kobudluq etməsi halları ilə qarşılaşırıq. Hesab edirəm ki, avtomobil-nəqliyyat haqqında qanunun 32-ci maddəsində boşluq aradan qaldırılmalıdır”.
Gülxar
-
Magazin123:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO
-
Hadisə22:48
Bakı metrosunda OLAY
-
Nida Xəbər 22:24
4 kənd qayıtdı - Növbəti mərhələdə nə var?
-
Dünya22:12
Ukrayna Rusiyanın hərbi obyektlərini vura bilər - NATO-dan TAM DƏSTƏK
-
MDB21:50
95 yaşlı diplomat öldü
-
Nida Xəbər 21:20
Sərhədin delimitasiyası başladı: İrəvan dərhal Tehrana hesabat verdi
-
Magazin120:59
Dilarə səhnə geyimi ilə gündəm oldu - VİDEO
-
Elm və təhsil20:40
Buraxılış imtahanının nəticələri açıqlandı