Baş nazirdən problemli kreditlərlə bağlı MÜJDƏ
Bizi izləyin

Sosial

Baş nazirdən problemli kreditlərlə bağlı MÜJDƏ

“Bu gün insanları ən çox narahat edən məsələ dollarla verilən kreditlərlə bağlıdır”.

Publika.az bildirir ki, bu sözləri millət vəkili Elman Nəsirov Milli Məclisdə Hökumətin 2017-ci il hesabatına münasibət bildirərkən deyib.

Millət vəkili bu mövzuda çoxsaylı müraciətlərin olduğunu deyib:

“İnsanlar bildirir ki, “bu problem nə zaman həllini tapacaq?”, “axı bizim valyutamız manatdır, bizə vəsaiti dollarla verməklə bu valyutanın qiymətində baş vermiş dəyişiklik nəticəsində nə üçün belə ağır yükün altına düşməliyik? Bizə daxil olan məktublarda neftçilər sosial ev alanlar kateqoriyasına adlarının daxil edilmələrini xahiş edirlər. Azərbaycanın bugünkü inkişafında neftçilərimizin rolu böyükdür. Əldə etdiyimiz iqtisadi uğurlarda Azərbaycan nefti və neftçilərinin çox müstəsna rolu var. Bu nöqteyi-nəzərdə Baş nazirin burada olmasından istifadə edərək neftçilərin də sosial evləri alanlar kateqoriyasına salınmasını rica edirəm”.

Spiker Oqtay Əsədov millət vəkilinin kredit problemi ilə bağlı fikirlərinə münasibət bildirib:

“Dollarla bağlı kreditlərdən çox danışırıq. Bu problemin həlli üçün işlər görülür. Krediti dollarla veriblər deyəndə düz çıxmır. Krediti dollarla almışıq deməliyik”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm