Bakıda 700 manata alça satılır
Bizi izləyin

Sosial

Bakıda 700 manata alça satılır

Könlü çiyələk, üzüm, alça, qarpız kimi hazırda mövsümü olmayan meyvələri yemək istəyənlər heç də narahat olmasınlar. Amma market və bazarlarda bu meyvələr tapılsa da, qiymətləri yaya nisbətən bahadır. Alçanın bir kilosu təxminən 700 manata, yayda kilosu 1 manata olan gavalı isə 14 manata satılır.

Görünüşü də göz oxşayır. Amma bu alçanın 1 kiloqramının qiyməti 700 manatdır.

Satıcıların sözlərinə görə, bazara çıxarılan bu meyvələrin bir çoxu xüsusi soyuducularda saxlanılan yerli məhsullardır. Qiymətlərin baha olmasına baxmayaraq, qeyri-mövsümi meyvələrə də tələbat az deyil. Hazırda bayramla əlaqədar satışlar artıb.

Satıcıların sözlərinə görə, bayramdan sonra qiymətlər enə bilər.

(xəzər tv)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm