Agentlik sədri: "Un və un məhsullarının tərkibində təhlükəli qatqılar yoxdur"
Bizi izləyin

Sosial

Agentlik sədri: "Un və un məhsullarının tərkibində təhlükəli qatqılar yoxdur"

“Un və un məhsullarının tərkibində heç bir təhlükəli qatqılar yoxdur”.

Publika.az xəbər verir ki, bunu Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) və Mətbuat Şurasının birgə təşkilatçılığı ilə keçirilən "Media və təhlükəsiz qida" mövzusundakı tədbirdə Agentliyin sədri Qoşqar Təhməzli deyib.

O bildirib ki, vahid dövlət siyasətinin aparılması üçün sahibkarlıq obyektlərində dövlət nəzarəti həyata keçirilməlidir: “Bu nəzarətə birbaşa bizim agentlik tərəfindən beynəlxalq normalar əsasında hazırlnmış qurum nəzarət edəcək. Əsas iş qida təhslukəsizliyi sahəsində fəaliyyət göstərən təftiş şöbəsinin missiyasının üzərinə düşür. Bilirsiz ölkədə çoxsaylı qida müəəssisələri, anbarlar var. Qida müəssisələrinin satışını həyata keçirən fərqli satış müəssisələri var. Bu müəssisələrin hər birinin standartları var. Bizim işimiz əhalinin sağlamlığını qorumaq məqsədilə bu qidaların əhaliyə təklif edilənə qədər olan mərhələsinə nəzarət etməkdir. Bütün bunlar sahələrə bölünəcək, ilk öncə təsəsrrüfat sahəsi, istehsal müəssisləri, satış müəssisləri və s” .

Agentlik rəhbəri əlavə edib ki, ictimai iaşə müəssisələrindəki vəziyyətin tənzimlənməsi ilə məşğul olacaqlar: “Son vaxtlar un və un məhsulları ilə bağlı risk yoxdur. Satılan çörəklərdə orqanizmə ziyan vuracaq maddələrin olması yalandır. Çörək yüksək riskə daxil olan qida məhsulları deyil. Ona görə də qalmaqal yaratmağa əsas yoxdur. İstinadsız yayılan bu xəbərlər əhalinin ciddi narahatlığına səbəb olur. Süd və süd məhsulları da bu cür yalan informasiyalar arasında yer alan məhsullara daxildir. Burada əsas yük medianın üzərinə düşür. Məlumatlar veriləndə gərək istinad tələb olunsun".

O heyvan kəsimi ilə bağlı məsələyə toxunaraq bildirib ki, insanlar heyvanların göz önündə kəsilməsinin daha yaxşı olduğunu düşünür: "Lakin bu elə deyil. Heyvanın bədənində olan parazitar xəstəliklər gözlə görünmür. Onu heç bir ekspert vizual baxışla təyin edə bilməz. Paytaxt küçələrində iri və xırdabuynuzlu heyvanların kütləvi şəkildə kəsiminə şahid oluruq. Bu sağlamlığa ciddi təhlükədir. Əgər biz qida sağlamlığına, qida təhlükəsizliyinə kömək etməliyiksə, bu sahədə bir olmalıyıq. Təklif edirəm ki, ilk növbədə qeyri-qanuni ət kəsimlərinə qarşı tədbirlər görülsün. Heyvanların kəsildiyi yerlərdə ətrafa axıdılan qan düşündüyünüzdən də böyük təhlükə yarada bilər. Onları ayaqlayıb evlərinə gedən insanlar həm özlərinin, həm də azyaşlı uşaqlarının sağlamlığı üçün ciddi virus xəstəliklərinin yaranmasına şərait yaradır”.

Könül

FOTO Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm