Əflatun Amaşov: "Əhalinin sağlamlığının qorunması üçün ciddi tədbirlər görülür" - FOTO
Bizi izləyin

Sosial

Əflatun Amaşov: "Əhalinin sağlamlığının qorunması üçün ciddi tədbirlər görülür" - FOTO

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin rəhbərliyi və Azərbaycan Mətbuat Şurasının birgə iştirakı ilə "Media və təhlükəsiz qida" mövzusunda görüş keçirilib.

Publika.az xəbər verir ki, görüşdə Mətbuat Şurasının sədri Əflatun Amaşov, Agentliyin vəzifəli şəxsləri və media nümayəndələri iştirak edib. Görüşün keçirilməsində məqsəd QTA ilə media media orqanları arasında əməkdaşlıq əlaqələri qurmaq, onların Agentliyin həyata keçirəcəyi maarifləndirmə işlərində və qida təhlükəsizliyi anlayışının istehlakçılar, sahibkarlıq subyektləri arasında düzgün təbliğ edilməsində iştirakını təmin etməkdir.

Tədbirdə çıxış edən MŞ-nın sədri Əflatun Amaşov bildirib ki, görüşün bayram ərəfəsində keçirilməsi təsadüfi deyil: "Novruzda hər kəs bayram süfrəsi açacaq. Süfrələrimizdə milli şirniyyatlarımız, müxtəlif nemətlərimiz yer tutacaq. Bir çox hallarda bayram süfrəsində kənardan aldığımız məhsulları yeyirik. Ancaq bu qidaların təhlükəsizliyindən əmin deyilik. Bilməliyik ki, bu nemətlər hansı qidadan hazırlanır, keyfiyyəti necədir və s.

Azərbaycanda əhalinin sağlamlığının qorunması üçün ciddi tədbirlər görüldüyünü deyən Ə. Amaşov bildirib ki, agentliyin əsas məqsədləri həm yerli, həm də xaricdən gətirilən məhsulların keyfiyyət dərəcəsinin yüksəldilməsidir:

“Bu agentlik 2017-ci ilin fevral ayının 10-da ölkə başçısının müvafiq sərəncamı ilə yaradılıb. Qısa zamanda fəaliyyətə başlamasına baxmayaraq, kifayət qədər ciddi strukturla fəaliyyət göstərir. Agentliyin fəaliyyət sahəsinin artırılması da bu istiqamətdə yüksək nəticələrin əldə edilməsinə zəmin yaradacaq. Başqa təşkilatlardan ayrılmış müəssisələr artıq agentlikdə qeydiyyatdan keçib. Bu mənada Azərbaycan mediasının üzərinə ciddi vəzifə düşür"."

Ə.Amaşov gələcəkdə qida təhlükəsizliyi sahəsində işçi qrupu yaradıla biləcəyini deyib.

Agentliyin sədri Qoşqar Təhməzli agentliyin fəaliyyət istiqamətləri və vəzifələri haqqında geniş məlumat verib. O, qida təhlükəsizliyi sahəsində maarifləndirmə tədbirlərinin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Agentliyin qısa və orta müddətli təbliğat-təşviqat kampaniyaları haqqında məlumat verən Q.Təhməzli bu aksiyalarda qida zəncirinin bütün halqalarında yer alan sahibkarlıq subyektlərinin də iştirakının önəmindən bəhs edib.

Tədbirin sonunda agentlik və media nümayəndələri arasında fikir mübadiləsi aparılıb.

Könül Cəfərli

FOTO Səfiyar Məcnun

Oxumağa davam et
Reklam
Reklam

Gündəm