Bakıda ət kəsimi yerləri ləğv edilir
Bizi izləyin

Sosial

Bakıda ət kəsimi yerləri ləğv edilir

"Paytaxtda və ətraf regionlarda əhali və təsərrüfat sayına görə müxtəlif ət kəsimi məntəqələri açılacaq. Hazırda ölkə ərazisində qeyri-qanuni ət kəsimləri həyata keçirilir. Bu, gigiyenik cəhətdən heç bir normalara cavab vermir. Bunun qarşısını almaq məqsdəilə agentlikdə yeni layihələrin hazırlanması istiqamətində işlər aparılır və yaxın gələcəkdə ölkə rəhbərliyinə göndəriləcək".

Publika.az xəbər verir ki, bu sözləri Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli “Media və təhlükəsiz qida” mövzusundakı tədbirdə deyib.

Q.Təhməzli bildirib ki, qanunsuz ət kəsimi məsələsi ilə əlaqədar ölkə ərazisində monitorinqlər keçirilib: "Monitorninqlər zamanı ölkə daxilində təxminən 111 baytarlıq sanitar ekspertiza laboratoriyalarının olduğu müəyyənləşdirilib. Hesab edirik ki, bu məsələnin qarşısını sırf inzibati qaydada almaq lazımdır. Ona görə təklif etdik ki, hər bir rayonda və Bakı şəhərində ət kəsimləri üçün müvafiq məntəqələr yaradılsın".

Agentliyin sədri bildirib ki, artıq bununla bağlı Bakı Şəhəri İcra Hakimiyyəti və yerli icra hakimiyyəti orqanlarının rəhbərləri ilə görüşlər keçirilib: "Bakı kəndləri və paytaxt ətrafı ərazilər üzrə əhali və təsərrüfat sayına görə kəsim məntəqələri açılacaq. Kəsim yerlərinin formaları müəyyənləşdirilir. Bu məntəqələr ola bilsin modul tipli və ya mobil formada olsun. Hazırda onların standartları müəyyənldirilib və eskizlər çəkilib".

"Hər kəsə məlumdur ki, Azərbaycan müsəlman ölkəsi olduğundan ölkədə Qurban bayramı ərəfəsində kütləvi şəkildə ət kəsimi həyata keçirilir. Ona görə də ölkədə həmin ərəfədə nə qədər kəsim məntəqələrinə ehtiyac olduğu və onlar müvafiq laboratoriyalarla təmin edilməsi məsələsi araşdırılır. Bundan başqa, Bakıya iri və xırda buynuzlu heyvanların gətirilməsi qadağan olunacaq. Paytaxtın ətraf qəsəbələrində isə ancaq iri buynuzlu müvafiq heyvanları təsərrüfatda saxlamaq üçün icazə veriləcək. Gələcəkdə Qurban bayramı ərəfəsində küçələrdə ət kəsimi olmayacaq"- deyə Q.Təhməzli əlavə edib.

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm