"Azərişıq" işçi axtarır
Bizi izləyin

Sosial

"Azərişıq" işçi axtarır

“Azərişıq”ASC Sabirabad Elektrik Şəbəkəsində enerji satışı mütəxəssisləri üzrə nəzarətçi-mühəndislərin işə qəbulunu elan edir.

ASC-dən Publika.az-a verilən məlumata görə, nəzarətçi-mühəndislər elektroenergetika və digət texniki ixtisaslar üzrə ali təhsilli olmalıdır.

İşə qəbul Səhmdar Cəmiyyətin “İşə Qəbul Komissiya”sı tərəfindən test və müsahibə yolu ilə həyata keçiriləcək. Sənədlər martın 27-si və 28-də Sabirabad şəhəri, Muğan prospektində yerləşən Şabirabad Elektrik Şəbəkəsinin inzibati binası və “Azərişıq” ASC-nin Bakı şəhəri, Bakıxanov-13 küçəsində yerləşən Səhmdar Cəmiyyətin Kadrlar İdarəsində qəbul olunacaq.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm