"Azerbaijan golden kids awards 2018" mükafatlandırma mərasimi - İLK DƏFƏ
Bizi izləyin

Sosial

"Azerbaijan golden kids awards 2018" mükafatlandırma mərasimi - İLK DƏFƏ

Azərbaycanda ilk dəfə bu il 1 iyun uşaqların beynəlxalq müdafiəsi günü, "Azerbaijan golden kids awards 2018" uşaq nominasiyaları üzrə mükafatlandırma mərasimi baş tutacaq.

Trend-in məlumatına görə, Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibəti ilə ilk dəfə reallaşacaq böyük layihədə 3 yaşdan 15 yaşadək uşaqlar iştirak edə bilərlər. Bu günədək müxtəlif kreativ uşaq layihələrini reallaşdıran təşkilatçılar aşağıdakı nominasiyalar üzrə qalibləri mükafatlandıracaqlar:

Ən yaxşı rəssam

Ən yaxşı vokal ifaçı

Ən yaxşı pop ifaçı

Ən yaxşı pop qrup

Ən yaxşı model

Ən yaxşı pianoçu

Ən yaxşı skripka ifaçısı

Ən yaxşı xor

Ən yaxşı rəqqas

Ən yaxşı rəqs ansamblı

Ən yaxşı aktyor

Ən yaxşı aparıcı

Ən yaxşı şahmatçı

Ən yaxşı idmançı

Ən yaxşı gimnast

Layihə rəhbəri qeyd edib ki, gizli ekspertlər tərəfindən seçilən üç (3) nominantın tanıtım posterləri sosial şəbəkələrdə və mediada aprel və may ayları ərzində yayılacaq.

Layihənin əsas tədbiri, təntənəli Qala gecəsi Nizami Kino Mərkəzində baş tutacaq. Qala gecəsində qaliblər nominasiyalar üzrə mükafatlandırılacaq. Digər iştirakçılar isə fərqlənmə diplomları ilə təltif olunacaq.

Layihədə iştirak etmək istəyənlər CV, fotoşəkil və video çarxlarını [email protected] ünvanına göndərə bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm