AAK nümayəndələri Bakıda ahıllarla görüşdülər
Bizi izləyin

Sosial

AAK nümayəndələri Bakıda ahıllarla görüşdülər

Avropa Azərbaycanlıları Konqresinin (AAK) nümayəndələri Bakının Bilgəh qəsəbəsində yerləşən Qocalar evini ziyarət ediblər.

AAK-dan Publika.az verilən xəbərə görə, təşkilatın Bakıya ezam olunmuş nümayəndələri - Təftiş Komissiyasının sədri, Finlandiya Azərbaycanlıları Assosiasiyasının (FAA) prezidenti Vasif Muradlı və AAK-ın İdarə Heyətinin üzvü, FAA-nın vitse-prezidenti Arzu Oqtay ahıllarla görüşüb, onları Novruz bayramı münasibətilə təbrik edib, hədiyyələr veriblər.

Görüşdə dövlətin ahıllara qayğısı, onlarla bağlı atılan addımlardan danışılıb. Bildirilib ki, bununla bağlı Heydər Əliyev Fondu tərəfindən də çoxsaylı sosial layihələr həyata keçirilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm