Əmək və əhalinin sosial müdafiəsi naziri kollektivlə görüşdü - FOTOLAR
Bizi izləyin

Sosial

Əmək və əhalinin sosial müdafiəsi naziri kollektivlə görüşdü - FOTOLAR

Azərbaycan Respublikasının yeni əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Rafiq oğlu Babayev nazirliyin kollektivi ilə tanışlıq görüşü keçirib.

Publika.az xəbər verir ki, Azərbaycan Respublikası Prezidentinin 21 aprel 2018-ci il tarixli Sərəncamı ilə nazir vəzifəsinə təyin edilən Sahil Babayevi kollektivə Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyev təqdim edib.

Akademik Ramiz Mehdiyev kolektivə Sahil Babayevin keçdiyi həyat yolu və iş təcrübəsi barədə geniş məlumat verib. R.Mehdiyev Azərbaycan Prezidenti cənab İlham Əliyevin sosial sahəyə xüsusi diqqət və qayğısı nəticəsində əhalinin sosial müdafiəsinin gücləndirilməsi, sosial cəhətdən həssas əhali qruplarına dövlət qayğısının artırılması istiqamətində mühüm addımların atıldığını vurğulayıb. O, əmək resurslarının səmərəli məşğulluğunun təminatının, aktiv məşğulluq proqramlarının genişləndirilməsinin, əmək bazarının tənzimlənməsinin də ölkədə aparılan sosial-iqtisadi siyasətin əsas prioritetlərindən olduğunu diqqətə çatdırıb.

Daha sonra R.Mehdiyev dövlət başçısı tərəfindən əmək və sosial müdafiə sahəsində qarşıya qoyulan vəzifələrin, verilən tapşırıqların icrası ilə bağlı nazirliyin kollektivinə müvafiq məsləhət və tövsiyələrini verib.

S.Babayev Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən ona göstərilən yüksək etimada görə minnətdarlığını bildirərək, dövlət başçısının əmək və sosial müdafiə sahəsi ilə bağlı müəyyən etdiyi vəzifələri layiqli şəkildə icra edəcəyini vurğulayıb.

S.Babayev Nazirliyin fəaliyyətinin bütün istiqamətlərində şəffaflığın tam təmin ediləcəyini, ən mütərəqqi beynəlxalq təcrübəyə uyğun olaraq normativ-hüquqi bazanın və inzibati icraatın təkmilləşdiriləcəyini bildirib və nazirliyin fəaliyyətində sistemli yanaşma və sosial ədalət prinsiplərinin rəhbər tutulacağını qeyd edib.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm