Sosial
Azercell-in Mobil Göz Klinikası öz fəaliyyətini davam etdirir (R)
Azercell Telekom MMC-nin Mobil Göz Klinikası 2018-ci ilin ilk 3 ayı ərzində fəaliyyətini uğurla davam etdirib, müxtəlif göz xəstəliklərindən əziyyət çəkən insanlara xidmət göstərib.
Şirkətdən verilən məlumata görə, yeni ilin ilk ayında klinikanın həkimləri Nizami rayonunda məskunlaşan məcburi köçkünlər, İsmayıllı rayonu Hüquq dünyası humanitar ictimai birliyində ehtiyacı olan, eləcə də Abşeron rayonu Zəngilan şəhərciyi 33 saylı tam orta məktəbdə təhsil alan şagirdlər üçün müayinələr təşkil ediblər. Fevral ayında klinikanın həkimləri Kürdəmir rayonu UAFA təşkilatının əməkdaşlarını, Sabunçu rayonu Rus icmasının üzvlərini və Qaraçuxur qəsəbəsində məskunlaşan qaçqınları müayinəyə cəlb ediblər. Mart ayında Xırdalan şəhəri 1 saylı yataqxanada, Lökbatan qəsəbəsində və Bərdə rayonunda məskunlaşan məcburi köçkünlər bu layihədən pulsuz yararlanıblar. Ümumilikdə, bu ilin ilk 3 ayı ərzində 400-ə yaxın ehtiyacı olan xəstəyə pulsuz göz müayinəsi xidməti göstərilib.
Xatırladaq ki, layihə çərçivəsində bütün müayinə və müalicə tədbirləri Azercell-in dəstəyi ilə“Xəzər Qayğıkeşlik Layihəsi" İctimai Birliyi tərəfindən həyata keçirilir. Fəaliyyət göstərdiyi 5 il ərzində layihə çərçivəsində klinika artıq Bakı şəhərindəki bir çox internat məktəblərinə, uşaq evlərinə səfər edib. Eyni zamanda klinikanın həkimləri Bakı ilə yanaşı, ölkənin bir çox bölgələrində müalicəyə ehtiyacı olan insanlara xidmət göstəriblər.
Daha ətraflı məlumat üçün [email protected] ünvanına müraciət edə bilərsiniz.
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA