Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv edildi
Bizi izləyin

Sosial

Səlim Müslümovun elan etdiyi müsabiqə ləğv edildi

“Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı təkrar müsabiqə elanı ləğv edilib.

Publika.az xəbər verir ki, bu barədə nazirliyin rəsmi intenet səhifəsində məlumat yerləşdirilib.

Məlumatda qeyd olunur ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 20 aprel 2018-ci il tarixdə “Azərbaycan qəzeti”ndə və Nazirliyin rəsmi internet səhifəsində verilmiş “Sağlamlıq imkanları məhdud uşaqların sosial reabilitasiyası” adlı təkrar müsabiqə etibarsız hesab edilsin.

Onu da əlavə edək ki, müsabiqə Səlim Müslümov nazir vəzifəsindən azad olunmazdan bir gün əvvəl verilib.

Xatırladaq ki, Prezident ilham Əliyevin aprelin 21-də imzaladığı sərəncamına əsasən, Əmək və Əhalinin sosial müdafiəsi naziri Sahil Babayev təyin olunub.

Könül Cəfərli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm