Mərakeş çəyirtkəsinə qarşı mübarizəyə start verildi - FOTO
Bizi izləyin

Sosial

Mərakeş çəyirtkəsinə qarşı mübarizəyə start verildi - FOTO

Bu gündən etibarən Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Fitosanitar Nəzarəti Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzinin əməkdaşları və mobil bitki mühafizəsi dəstələri Tovuz, Qazax, Ağstafa, Şəmkir və Samux rayonlarını əhatə edən Ağdağ və Çeyrançöl ərazilərində, eyni zamanda Gürcüstan Respublikası ilə həmsərhəd olan Qazax rayonunun Şıxlı kəndi ərazisində sürü halında yaşayan Mərakeş çəyirtkəsinə qarşı mübarizə tədbirlərinə başlayıblar.

Qurumdan Publika.az-a verilən məlumata görə, Şəmkir rayonunda 2000 ha, Tovuz rayonunda 2500 ha, Ağstafa rayonunda 2100 ha, Samux rayonunda 600 ha və Qazax rayonunda 800 ha sahədə (ümumilikdə 8000 ha sahədə) aparılmış monitorinqlər nəticəsində bu ərazilərin 5400 ha sahəsində sirayətlənmə aşkar edilib və kimyəvi mübarizə tədbirlərinə start verilib.

Mübarizə tədbirləri “Pikap” tipli avtomobillərə quraşdırılmış ultra kiçik həcmli müasir və yüksək manevr qabiliyyətinə malik “AU 8115 M” çiləyici aqreqatlar və yerüstü çiləyicilər vasitəsi ilə həyata keçirilir.

Dövlət Fitosanitar Nəzarəti Xidməti fermer təsərrüfatı sahiblərinə və sahibkarlara bir daha xəbərdarlıq edərək bildirir ki, Kənd Təsərrüfatı Nazirliyinin 1652 və Dövlət Xidmətinin (012)-562- 87-44 çağrı mərkəzləri fəaliyyət göstərir. Əgər adıçəkilən zərərvericilər müşahidə edilərsə, dərhal çağrı mərkəzinə zəng etmək və ya Dövlət Xidmətinin yerli qurumlarına məlumat vermək lazımdır.

Qeyd edək ki, son günlər Gürcüstan və Ermənistan ərazisində, eləcə də işğal olunmuş torpaqlarımızda sürü halında yaşayan İtaliya və Mərakeş çəyirtkələrinin aktivliyi müşahidə edilməkdədir.

Bu zərərvericilərin Azərbaycan Respublikası ərazisinə miqrasiya etmə ehtimalı olduğu üçün Dövlət Xidmətinin Respublika Bitki Mühafizə Mərkəzi gücləndirilmiş iş rejiminə keçərək sərhədyanı ərazilərdə monitorinqlərini davam etdirir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm