Azərbaycanda evlənənlərin də sayı azalıb, boşananların da
Bizi izləyin

Sosial

Azərbaycanda evlənənlərin də sayı azalıb, boşananların da

Azərbaycanda bu ilin yanvar-mart aylarında boşananların və evlənənlərin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalıb.

Trend-in məlumatına görə, 2017-ci ilin yanvar-mart aylarında Azərbaycanda evlənənlərin sayı 13305, boşananların sayı 3611 nəfər olub.

2018-ci ilin ilk üç ayı ərzində qeydiyyat şöbələri tərəfindən 12932 nəfər (ötən ilin müvafiq dövrü ilə müqayisədə 373 nəfər az) nikaha daxil olub. Bu ilin yanvar-mart aylarında 3556 nəfər boşanıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 55 nəfər azdır.

Bu il ərzində əhalinin hər 1000 nəfərinə düşən nikahların sayı 5,4, boşanmaların sayı isə 1,5 olub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm