Sosial
Qida Təhlükəsizliyi Agentliyinin sədrindən sahibkarlara tövsiyələr
Qida Təhlükəsizliyi Agentliyinin sədri Qoşqar Təhməzli sahibkarlarla görüşüb, onları maraqlandıran suallara cavab verib.
QTA-dən Publika.az-a verilən məlumata görə, görüş 24-cü Azərbaycan Beynəlxalq Qida Sənayesi "WorldFood Azerbaijan 2018" və 12-ci Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgisi çərçivəsində baş tutub.
Sədr sahibkarlarla görüşüb, stendlərlə tanış olub. Sərgidə iştirak edən "Özdad" MMC, Gilan Holdinq və digər şirkətlərin nümayəndələrini dinləyən Agentlik sədri, qida təhlükəsizliyi sahəsinin ölkə başçısının birbaşa diqqətində olduğunu vurğulayıb, qida təhlükəsizliyi ilə bağlı qarşıya qoyulan tələblər barədə söhbət açıb. Həmçinin, sədr müasir standartlara cavab verən, beynəlxaq bazarın tələblərinə uyğun, rəqabətə davamlı qida məhsullarının istehsalı ilə bağlı sahibkarlara tövsiyyə verib.
Q.Təhməzli Agentlik tərəfindən gələcəkdə həyata keçiriləcək qida təhlükəsizliyi sahəsində fəaliyyət göstərən subyektlərin qeydiyyatı və dövlət reyestrinin aparılması qaydaları və qida zəncirinin bütün mərhələlərində təhlükəsizliyin təmin olunması ilə bağlı sahibkarları məlumatlandırıb.
-
Hadisə08:07
Qızı ilə Kürdə batan atanın meyiti TAPILDI
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda AİLƏ FACİƏSİ: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər