Mağazalarda spirt və tütünün satışına nəzarət GÜCLƏNDİRİLİR
Bizi izləyin

Sosial

Mağazalarda spirt və tütünün satışına nəzarət GÜCLƏNDİRİLİR

Azərbaycanda etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının satışını həyata keçirən ticarət (xidmət) obyektlərinin giriş hissəsində etil (yeyinti) spirtinin, alkoqollu içkilərin və ya tütün məmulatlarının yetkinlik yaşına çatmayanlara satılmasının qadağan edildiyini əks etdirən elan yerləşdirilməlidir.

Bu, Nazirlər Kabinetinin “Azərbaycan Respublikasında ticarət, ictimai iaşə, məişət və digər növ xidmət Qaydaları”nda əksini tapıb.

Nazirlər Kabineti Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 dekabr tarixli sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında qeyri-infeksion xəstəliklərlə mübarizəyə dair 2015-2020-ci illər üçün Strategiya”ya əsasən belə bir qərar qəbul edib.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm