Hesablama Palatasının sədri İRADLARA CAVAB VERDİ
Bizi izləyin

Sosial

Hesablama Palatasının sədri İRADLARA CAVAB VERDİ

“Millət vəkillərinin Palatanın fəaliyyəti ilə bağlı irəli sürdükləri təkliflər, fikirlərə görə təşəkkür edirəm”.

Publika.az bildirir ki, bu sözləri Hesablama Palatasının sədri Vüqar Gülməmmədov Milli Məclisdə palatanın 2017-ci il hesabatına və təkliflərə münasibət bildirərkən deyib.

Sədr millət vəkillərinin bir sıra təklifləri ilə razılaşdığını deyib:

“Millət vəkilləri Qüdrət Həsənquliyev və Vahid Əhmədovun Hesablama Palatasının qiymətləndirmələrində audit olunan obyektin yol verdiyi pozuntularla bağlı ictimaiyyətin məlumatlandırılması fikirləri ilə razıyam. Bu, haqlı təklifdir.

Ötən il 18 milyon manatın dövlət büdcəsinə bərpasına nail olmuşuq, bunun üzərinə səmərəsiz xərcləri və digər vəsaitləri əlavə edirik. Lakin bəzi vəsaitlər var ki, onu bərpa etmək mümkün olmur. Büdcədən kənar fondların fəaliyyəti daim bizim nəzarətimizdədir. Amma bu qurumlarda xərclər üzərində yalnız seçmə üzrə yoxlama aparırıq”.

Gülxar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm