Azyaşlılara kəbin kəsən mollalar cinayət məsuliyyətinə cəlb edilib - RƏSMİ
Bizi izləyin

Sosial

Azyaşlılara kəbin kəsən mollalar cinayət məsuliyyətinə cəlb edilib - RƏSMİ

“Azərbaycanda din xadimlərinin azyaşlıya kəbin kəsməsi halları var”.

Bunu Milli Məclisdə keçirilən dəyirmi masada Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov bildirib.

O qeyd edib ki, belə faktlara görə cinayət məsuliyyətinə cəlb olunanlar da var: “Dini nikahla bağlı Qafqaz Müsəlmanları İdarəsinin fətvası var. Amma gəlin görək buna əməl olunurmu? Təəssüf ki, yox. Bəzən heç rəsmi təyinat almayan din xadimi fəaliyyət göstərir, dini nikahla bağlı fətvaya əməl etmir. Belələri hətta azyaşlıya da kəbin kəsirlər”. (apa)

Oxumağa davam et
Reklam
Reklam

Gündəm