Sosial
"Bakcell" eşitmə qüsurlu əlillər arasında futzal turnirinə dəstək verib
Azərbaycanın İlk Mobil Operatoru və Aparıcı Mobil İnternet Provayderi Bakcell şirkəti AFFA-nın və Sahə Futbol Federasiyaları İctimai Birliyinin dəstəyi, Əlillər Futbolu Federasiyasının təşkilatçılığı ilə eşitməqüsurlu əlillər arasında futzal üzrə “Yaz turniri”nə dəstək göstərib.
18-22 may 2018-ci il tarixlərində Bakı şəhərində keçirilən “Yaz turniri”də eşitməqüsurlu əlillərdən ibarət “Bakı”, “Azəri”, “Zirvə”, “Şimşək” və “Ümid” komandaları iştirak edib.
Turnirin nəticəsində birinci yeri “Azəri” komandası, sonrakı yerləri müvafiq olaraq “Şimşək” və “Zirvə” kollektivləri tutub. “Azəri”nin üzvü Tural Muxtarov ən yaxşı oyunçu, “Zirvə”dən Şövkət Əskərov ən yaxşı qapıçı adına layiq görülüb. Rəqib komandalara 22 qol vuran Ülvi Fərəcli (“Şimşək” komandasının üzvü) turnirin ən məhsuldar oyunçusu olub.
“Bakcell” şirkəti 2007-ci ildən başlayaraq Əlillər Futbolu Federasiyasının futzal üzrə müxtəlif turnirlərinə dəstək göstərir.
Özünün genişmiqyaslı “Bakcell Stars” Korporativ Sosial Məsuliyyət proqramı vasitəsilə “Bakcell” Azərbaycanda gənclər və idmanın inkişafına dəstək göstərir və xüsusi qayğıya ehtiyacı olan uşaq və gənclərə yönəlmiş mühüm layihələri həyata keçirir.
-
Sosial16:36
Güclü külək əsəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ
-
Magazin116:11
Zülfiyyə Aşıq Tellini biabır etdi: “Restoranda yeyir, sonra da...”
-
Sağlamlıq15:41
Marketlərdə satılan bu yuyucu tozlar XƏRÇƏNG YARADIR
-
Nida Xəbər 15:11
Təsdiqləndi: Bu şəxslərin MAAŞI ARTIRILDI - MƏBLƏĞLƏR
-
Dünya14:08
Makronla Silvanın romantik pozaları gündəmi silkələdi - FOTO
-
Sosial13:47
Bu şəxslər pensiyaya 5 il erkən çıxacaq
-
Yaxın Şərq13:16
Mahmud Abbas ermənini nazir təyin etdi - FOTO
-
Sosial13:03
Sabah 25 dərəcə isti olacaq