Məscidlərdə fərqli saatlarda azan səsləndirənlər cəzalandırılacaqlar
Bizi izləyin

Sosial

Məscidlərdə fərqli saatlarda azan səsləndirənlər cəzalandırılacaqlar

"Ramazan ayında məscidlərdə azanın fərqli saatlarda səslənməsi ilə bağlı bizə bu günə qədər müraciət daxil olmayıb".

Publika.az xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

O bildirib ki, bu məsələ ilə bağlı rəsmi olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən təsdiq edilən təqvim var:

"Rəsmi təqvimdə qeyd edilən vaxtlardan kənara çıxnalar olan zaman bununla bağlı ciddi tədbirlər görüləcək. Bu faktlar haqqında şikayət daxil olarsa, nümayəndələrimiz həmin məscidin imam və naibləri haqqında protokollar tərtib edərək, onları məsuliyyətə cəlb edə bilərlər".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm