Mübariz Qurbanlı İŞİD-ə qoşulan azərbaycanlılardan danışdı: Geri dönərlərsə...
Bizi izləyin

Sosial

Mübariz Qurbanlı İŞİD-ə qoşulan azərbaycanlılardan danışdı: Geri dönərlərsə...

"İŞİD-ə qoşulan şəxslər müvafiq qaydalara uyğun olaraq cəzalandırılıblar".

Publika.az xəbər verir ki, bu sözləri Dini Qurumlarla iş üzrə Dövlət Komitəsinin sədri M.Qurbanlı deyib. O bildirib ki, hazırda İŞİD özünün süqut dövrünü yaşayır:

"Bu gün İŞİD əvvəlki kimi güclü deyil. Bu təşkilat artıq süqut ərəfəsindədir. Təəssüf ki, Azərbaycandan da bu təşkilata qoşulan şəxslər olub, qayıdıb. Qayıdanların hər biri bu əməllərinə görə cəzalandırılıblar. Əgər başqa yerlərə gedib, gələcəkdə ölkəyə qayıdanlar olarsa, onlar barəsində də müvafiq qanunvericilik çərçivəsində işlər görüləcək".

ABŞ-da Azərbaycanda din xadimlərinin təqib olunması ilə bağlı təqdim olunan hesabata münasibət bildirən M.Qurbanlı deyib ki, bu sənəddə ciddi səhvlərə yol verilib:

"Hesabatda qeyd edilən məqamlar həqiqəti əks etdirmir. ABŞ-da olduğumuz müddətdə biz bu məsələləri müzakirə etdik. ABŞ-ın ölkəmizdəki səfirliyi ilə bu məsələ ətrafında müzakirələr aparılıb. Məlum olub ki, hesabatda 2-3 il əvvələ aid olan faktlar bu günki kimi təqdim edilib. Azərbaycanda dini etiqad azadlığı var. Əgər həmin şəxslər həbs ediliblərsə, müvafiq cinayət məsuliyyətinə cəlb ediliblərsə, bu "Cinayət Məcələsi"ndəki bu və ya digər maddələri pozduqlarına görə olub. Bunun dini etiqad azadlığı ilə heç bir əlaqəsi ola bilməz. Çünki bu gün Azərbaycanda dini etiqad azadlığı dünyanın ən qabaqcıl ölkələrindən belə yüksək səviyyədədir".

Könül

Oxumağa davam et
Reklam
Reklam

Gündəm