Sosial
Babası vurdu, anası danladı... - Şabranda 14 yaşlı uşaq məktəb adı ilə evdən qaçdı - - FOTO
Şabran rayonunda 14 yaşlı məktəbli itkin düşüb.
Rayonun 2004-cü il təvəllüdlü Ağbaş kənd sakini Ələkbərov Röyal Rüfət oğlu yaşadığı evdən çıxaraq bir daha geri qayıtmayıb.
Yaxınları Röyalın yoxluğundan axşam saatlarında xəbər tutduqlarını bildiriblər. Uşağın evə qayıtmadığını görən anası Vüsalə Ələkbərova onun oxuduğu məktəbin müəllimləri ilə əlaqə saxlayıb və məlum olub ki, o, heç həmin gün dərsdə iştirak etməyib. Onlar Röyalın son vaxtlar kefsiz olduğu bildiriblər.
Həmçinin qeyd olunur ki, o, itkin düşməmişdən bir gün qabaq da dərsdən çıxıb, evə gəlməyib. Bunu görən babası onu axtarmağa başlayıb və Röyalı Siyəzən rayonundakı internet klublarından birində tapıb. Kişi uşağa acıqlanaraq onu vurub. Röyal evə gəldikdən sonra anası da onu möhkəm danlayıb. Səhəri gün Röyal özünə aid böyük çərçivədə olan şəklini də götürərək məktəb adıyla evdən çıxıb və geri qayıtmayıb.
İndi ailə üzvləri onun axtarışına çıxıblar.
Röyal Siyəzən şəhər ümumi orta internat məktəbinin 9-cu sinif şagirdidir və ailənin yeganə övladıdır. Hazırda Şabran rayon Polis şöbəsi tərəfindən itkin düşən şəxsin axtarışlarına başlanılıb. (report)
-
Region09:24
Almanlar Ermənistanın Azərbaycan və Türkiyə ilə sərhədində görün nə edirlər - FOTO
-
Nida Xəbər 09:03
Mehriban Əliyevadan İlaxır çərşənbə ilə bağlı paylaşım - FOTO
-
Qoroskop08:34
Pul və sevgidə bəxti gətirəcək 3 BÜRC
-
Nəqliyyat08:22
Bakının bu yollarında tıxac yarandı - SİYAHI
-
Sağlamlıq07:08
Səhər oyanan kimi 5 ədəd qoz yesəniz, görün nələr olacaq...
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi