Səfər Mehdiyev Tovuzda qəbul keçirəcək
Bizi izləyin

Sosial

Səfər Mehdiyev Tovuzda qəbul keçirəcək

Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev mayın 29-da saat 11:00-da Tovuz şəhərində Tovuz Gömrük İdarəsinin inzibati binasında (Mərdan Musayev küç. 2) bu bölgədən olan vətəndaşları qəbul edəcək.

Dövlət Gömrük Komitəsindən Publika.az-a verilən məlumata görə, qəbul zamanı bölgədə yerləşən-Tovuz, Şəmkir, Gədəbəy, Ağstafa və Qazax rayonlarının sakinlərinin, eləcə də bu bölgədə məskunlaşan məcburi köçkünlərin yalnız gömrük məsələləri ilə bağlı müraciətləri dinləniləcək.

Qəbulda iştirak etmək istəyən vətəndaşlar mayın 28-i saat 11:00-dək "195" Çağrı Mərkəzi, Dövlət Gömrük Komitəsi (əlaqə telefonu: (012) 404-22-00), Tovuz Gömrük İdarəsi (əlaqə telefonu: (022) 315-30-10) ilə əlaqə saxlayıb qəbula yazıla bilərlər.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm