Azərbaycanda sürücülük vəsiqələri DƏYİŞDİRİLİR, kateqoriyaların sayı ARTIRILIR
Bizi izləyin

Sosial

Azərbaycanda sürücülük vəsiqələri DƏYİŞDİRİLİR, kateqoriyaların sayı ARTIRILIR

"Hazırda istifadə etdiyimiz sürücülük vəsiqələri 1968-ci il Vyana Konvensiyasına 2004-cü ildə edilən və 2011-ci ildən qüvvəyə minən yeni nümunayə uyğun deyil".

Publika.az xəbər verir ki, bu barədə yol-nəqliyyat eksperti Ərşad Hüseynov feysbukdakı hesabında məlumat verib.

Qeyd edib ki, sürücülük vəsiqələrindəki bu uyğunsuzluq məlumatların sıralanma ardıcıllığının pozulması və vəsiqədəki məlumatlarda latın əlifbasında olmayan hərflərin (ə, ı, ö, ü, ğ, ç, ş) transliterasiya edilməməsidir.

Ekspert qeyd edir ki, sürücülük vəsiqələri ilə bağlı dəyşikliyi nəzərdə tutan yeni qanun layihəsi həmin problemi həll edəcək: "Layihə qəbul edilib qüvvəyə mindikdən sonra sürücülük vəsiqələri tam olaraq Konvensiyanın 6 saylı əlavəsinin yeni redaksiyasına uyğun olmaqla veriləcək.

Layihədə Konvensiyaya uyğun olaraq sürücülük kateqoriyalarına yeni altkateqoriyalar (B1, C1, D1, C1E, D1E) əlavə olunur. Bunlar müxtəlif tip nəqliyyat vasitələrinin fərqli kateqoriyalarının idarə edilməsi hüququnu dəqiqləşdirməyə yönəlib (məsələn, B1 altkateqoriyası hazırda dünyada geniş yayılan kvadrisiklləri, D1 16-dək sərnişin yeri olan mikroavtobusları idarə etmək üçündür).

Layihədə başqa maraqlı məqamlar da var. Məsələn, trisikl və kvadrisikllərin hüquqi statusu aydınlaşdırılır.
Yeni nümunəli sürücülk vəsiqələrində vəsiqə sahibinin fərdi identifikasiya nömrəsi (FİN-kod), onun barəsində xüsusi məhdudiyyətlər (məsələn, nəqliyyat vasitəsini yalnız eynəklə idarəetmə barədə qeyd, ona xüsusi təchizata malik “Əlil” tanınma nişanlı nəqliyyat vasitəsini idarə etmək hüququnun verildiyinə dair qeyd) də olacaq".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm