Sosial
Əli Əhmədov: "İlham Əliyevin dövründə 1,9 milyon iş yeri açılıb"
"Azərbaycan prezidenti İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi dövrdə 1,9 milyon yeni iş yeri yaradılıb".
Bunu baş nazirin müavini Əli Əhmədov bildirib.
Onun sözlərinə görə, Azərbaycanda məşğulluq dövlət strategiyasının əsasını təşkil edir.
"Son 15 il ərzində Azərbaycan əhalisi 1,5 milyon nəfər artıb. Bütövlükdə ölkəmizdə əhalinin illik artımı 120-125 min nəfərdir. Bu da hər il əmək bazarına bu qədər və bundan çox iş qüvvəsinin daxil olması deməkdir. Azərbaycan hökuməti yeni iş yerlərinin açılması, insanların layiqli işlə təmin olunması məsələsini gündəmdə saxlayır. Ölkədə işsizlik 5 faizdir. Bu, elə böyük rəqəm deyil. Əhalinin artımı ilə əlaqədar olaraq Azərbaycanda iş yerlərinin artırılması məsələsi gündəmdədir. Azərbaycanda əmək qabiliyyəti olan əhalinin sayı 5 milyona yaxındır. 4,5 milyona yaxın insan isə əməyə cəlb olunan, işləyən əhalidir. Bunlardan 1,3 milyonu isə əmək müqaviləsi bağlamış işçilərdir",- deyə Ə.Əhmədov bildirib. (apa)
-
Ekopublika.az08:35
Azərbaycanda yumurta kəskin ucuzlaşdı - SƏBƏB
-
Nida Xəbər 07:50
Blinken Azərbaycanın kəndlərinin qaytarılması ilə bağlı razılaşmanı alqışladı
-
Magazin107:25
Azərbaycanlı aktrisa əzələlərini nümayiş etdirdi - FOTOLAR
-
İdman03:18
“Mançester Yunayted”in ən seksual azarkeşi - FOTOLAR
-
İdman01:45
Məşhur kluba ağır cəza - 18 xalı silindi
-
Sosial01:01
Azərbaycana qaytarılan dörd kəndin sakinləri DANIŞDILAR - VİDEO
-
Qoroskop00:31
Günün qoroskopu: köklü yeniliklər başlanır
-
Magazin119 Aprel 23:15
Nazpəri illər sonra İlhamə Quliyeva ilə küsülü olmasının səbəbini açıqladı - VİDEO