Cənubi Qafqaz
Ermənistan parlamentində qiyam ÇAĞIRIŞI – VİDEO
Ermənistan parlamentinin iclas zalında “Çıxış” blokundan deputatlar xüsusi aksiya keçiriblər.
Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, blokun üzvü Ararat Mirzoyan tribunaya çıxaraq hakim Respublika Partiyasını sərt tənqid edib.
“Serj Sarkisyanın üçüncü müddətə hakimiyyətdə qalmasının qarşısını ala, Respublika Partiyasının hakimiyyətinə son qoya və öz arzularımızda olan ölkəni qura bilərik. Bunun üçün Ermənistan vətəndaşları aprelin 13-də Azadlıq Meydanına gəlməlidir. Biz azadlıq məşəlini birlikdə yandıracağıq”, - Mirzoyan bildirib.
Bundan sonra o, cibindən tüstü fişəngini çıxararaq yandırıb. Onu blokun digər deputatı Lena Nazaryan da dəstəkləyib. Parlamentinin bütün iclas zalını tüstü bürüyüb.
Parlamentin vitse-spikeri Eduard Şarmazanov aksiyaya reaksiya verməyib və sonda aksiyanın uğurlu alınmadığını bildirib.
Ömər
-
Sosial19:35
Özünü öldürən sabiq pediatrın iş yoldaşı DANIŞDI: “Ailə məsələsi deyil..."
-
ABŞ19:25
Bayden Ukraynaya hərbi yardım haqqında qanunu İMZALADI
-
Rəsmi xronika18:40
Prezidentlər mətbuata bəyanatlarla çıxış etdilər - FOTO/YENİLƏNDİ
-
Hadisə18:33
Bakı hava limanında həyəcan siqnalı: Təyyarə qəza enişi etdi - FOTO
-
Sağlamlıq17:27
Yapon alimləri xərçənglə mübarizə üçün unikal vasitə hazırladı
-
Sosial17:00
Sabiq baş pediatrın intiharı ilə bağlı cinayət işi başlandı - Yeniləndi
-
Cənubi Qafqaz16:39
Ukrayna deputatları Vardanyanı biabır etdilər - Nobel Komitəsinə müraciət
-
MDB15:56
Həbs olunan generalla bağlı şok iddia: Boşanması uydurma olub