Ermənistanda dövlət idarələri qiyamçıların əlinə keçdi: 10-15 nəfərlik qruplar... - CANLI YAYIM (YENİLƏNİR) - - FOTOLAR
Bizi izləyin

Cənubi Qafqaz

Ermənistanda dövlət idarələri qiyamçıların əlinə keçdi: 10-15 nəfərlik qruplar... - CANLI YAYIM (YENİLƏNİR) - - FOTOLAR

İnzibati qanun pozuntularında şübhəli bilinən 59 nəfər polis məntəqəsinə gətirilib. Bu haqda polisin mətbuat xidmətindən bildirilib. Polislə nümayişçilər arasında toqquşma nəticəsində 46 nümayişçi, həmçinin Nikol Paşinyan xəstəxanaya çatdırılıb.

Erməni KİV-inin yazdığına görə, nümayişçilərin 10-15 nəfərlik qrupları dövlət idarələrinin çıxışlarına nəzarət edir. Paşinyanın tərəfdarları Baş prokurorluq, Kassasiya Məhkəməsi, Xarici İşlər Nazirliyi, Mərkəzi Bank və bir çox başqa idarənin yaxınlığında yerləşdirilib.

Paşinyan vətəndaşları axşam İrəvandakı Respublika Meydanına mitinqə çağırıb. Mitinq 18:30-a nəzərdə tutulub.

***

Nümayişçilər Ermənistanın 10-a qədər dövlət idarəsinin binasını mühasirəyə alıblar.
Hazırda minlərlə mitinq iştirakçısı başqa dövlət idarələrinin işini bloklamaq və oturaq aksiya təşkil etmək üçün mərkəzi küçələrlə təntənəli yürüşü davam etdirirlər.

***

Nikol Paşinyan “Məxməri inqilabı”nın başlandığını elan edib.

Paşinyanın sözlərinə görə, onun onlarla tərəfdarı saxlanılıb. O, polisin böyük güclər topladığını deyib. Deputat vurğulayıb ki, aksiya zorakılığa yol verilmədən dinc şəraitdə keçiriləcək. Paşinyan müxtəlif şəhərlərdə və ölkənin kəndlərində tərəfdarlarını analoji hərəkətlərə çağırıb.

Mitinq iştirakçıları Baş prokurorluğun binasını mühasirəyə alıblar. Bu haqda mitinqin təşkilatçısı Nikol Paşinyan bildirib. Baş prokurorluğun binasına əsas giriş bağlanıb.

Son xəbərə görə, təntənəli yürüş Ermənistanın Xarici İşlər Nazirliyinin binasına çatıb.

***

Baqramyan prospektinə tank və başqa zirehli texnika yeridilib. Şəhərin bütün mərkəzi küçələrinin iki sıra tikanlı məftillərlə bağlanıb.

Həmçinin, Baqramyan prospektinə çıxan əsas yollarda təzyiqli su maşınları, o cümlədən 50-60 avtobusla polislər gətirilib. Qeyd edək ki, Baqramyan prospektində parlament və prezident administrasiyasının binaları yerləşir.

Ekspertlər hesab edir ki, İrəvanda 2008-ci ilin ssenarisi təkrarlana bilər. Həmin ilin martında hakimiyyətə gələn Sarkisyan ona qarşı etiraz aksiyası keçirən vətəndaşlara atəş əmri vermiş, onlarla insan ölmüşdü.

***

Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın Baş nazir təyin edilməsinə qarşı paytaxt İrəvanda keçirilən aksiyalarla əlaqədar vəziyyət hər keçən dəqiqə gərginləşir.

Publika.az Ermənistan KİV-inə istinadən xəbər verir ki, “Mənim addımım” təşəbbüsünün lideri, Vətəndaş müqaviləsi” Partiyasının lideri, “Yelk” parlament fraksiyasının deputatı Nikol Paşinyan mitinqin dayandırılması haqqında İrəvan polis rəisinin müavini Valeri Osipyanın ona verdiyi xəbərdarlığı cırıb.

Osipyan Paşinyana müraciət edərək bildirib ki, polis aksiyanın dayandırılması tələbi ilə bağlı qərar qəbul edib: “Təşkilatçı kimi sizə xəbərdarlıq edirik, bu barədə aksiyanın iştirakçılarına məlumat verəsiniz. Əks təqdirdə, polis qanunla müəyyən edilmiş qaydada tədbir görəcək”.

Nikol Paşinyan cavabında xəbərdarlığı nümayişkaranə şəkildə cırıb: “Ermənistanda ümumi vətəndaş hərəkatı başlandı”.

Hakim Respublika Partiyası isə dünən Serj Sərkisyanın namizədliyini irəli sürüb. Bu gün saat 12:00-da parlamentin Sərkisyanı baş nazir kimi təsdiqləyəcəyi gözlənilir. Paşinyan etirazçıların parlament binasını mühasirəyə alacaqlarını bəyan edib. Onlar parlamentə bütün girişlərə mane olacaqlarını bəyan ediblər.

Paşinyanın sözlərinə görə, İrəvandakı aksiyalarda 30 nəfər saxlanılıb. Deputat tərəfdarlarını dövlət müəssisələrinə girməyə, nazirliklərin girişlərini bağlamağa, eyni zamanda səfirliklərin binalarını da mühasirəyə almağa çağırıb.

“News.am” saytının yazdığına görə, polis Baqramyanın prospektində iki sıra tikanlı məftillər qurub. Məftillərin arxasında isə işıq-səs qumbaraları qurulub. Şəhərin mərkəzi küçələrinə çıxan insanların sayı getdikcə artmaqdadır.

Mitinq iştirakçıları Abovyan-Moskovyan dörd yolayrıcını bağlayıblar.

Xəbərə görə, dünənki toqquşmalarda 40-dan çox insan zərər çəkib.

Qeyd edək ki, aprelin 13-də Nikol Paşinyan Serj Sarkisyanın mümkün baş nazirliyinə qarşı etiraz əlaməti olaraq gecə-gündüz aksiyasına başlayıb. Aksiya iştirakçıları prezident administrasiyası və parlament binalarının yerləşdiyi Baqramyan prospekti də daxil olmaqla, şəhərin mərkəzi küçələrini, o cümlədən ətraf rayonları şəhərin mərkəzi ilə bağlayan yolları bağlayıblar. Paytaxtda hərəkət artıq dördüncü gündür ki, iflic olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm