Cənubi Qafqaz
Sarkisyan baş nazir seçilmək üçün üzünü Azərbaycana tutdu - CANLI YAYIM
Ermənistan parlamentində baş nazirin seçilməsi ilə bağlı
iclas başlayıb.
Publika.az “news.am”-a istinadən xəbər verir ki, Serj
Sarkisyan Ermənistan parlamentində deputatların suallarına cavab
verir.
15 deputat iclasda iştirak etmir. İclas 90 deputatın iştirakı ilə
davam edir. Spiker Ara Babolyan “kvorum var” deyə bildirib.
Hakim Respublika Partiyasının parlament fraksiyasının rəhbəri
Vaqram Baqdasaryan çıxışında Azərbaycan Ordusunun təhlükəsini
xatırladıb və qeyd edib ki, “Azərbaycan faktoru bizim ölkəmizə
güclü liderin lazım olduğunu göstərir”.
O, Sarkisyanın baş nazir seçilməsinin vacib olduğunu bildirib.
“Bu, Ermənistanın təhlükəsizliyi və Dağlıq Qarabağa görə lazımdır”,
- deyə Baqdasaryan iddia edib.
Sarkisyan çıxışında təhlükəsizliyin bir nömrəli prioritet olduğunu
bildirib. Əlavə edib ki, “Qarabağ münaqişəsinin sülh yolu ilə
nizamlanması məsələsində mövqeyim dəyişməzdir. Lakin buna paralel
olaraq, ordunu gücləndirəcəyik”.
Qeyd edək ki, çıxışlardan sonra səsvermə olacaq. Əgər bu gün baş
nazir seçilməsə, o zaman 7 gün sonra yeni namizəd irəli
sürülməlidir. İkinci mərhələdə də baş nazirin seçilməsi mümkün
olmasa, parlament buraxılmalı və növbədənkənar seçkilərə
gedilməlidir. Lakin ekspertlər Sarkisyanın bu gün baş nazir
seçilməsi ehtimalının güclü olduğunu hesab edirlər. Hazırda İrəvan
küçələrində müxalifət kütləvi etiraz aksiyası keçirir.
Asif
-
Qoroskop00:34
Günün qoroskopu: axşam saatlarında pul gələcək...
-
İnanc00:01
Bu gün İlaxır çərşənbədir
-
Region18 Mart 22:55
Ərdoğan Putini təbrik etdi
-
MDB18 Mart 22:15
“Rusiya nüvə tərksilahına dair danışıqlara hazırdır” - Peskov
-
Magazin118 Mart 21:50
Renka qəza keçirdi - FOTO
-
Ekologiya18 Mart 20:15
Torpaq çərşənbəsində və Novruz bayramında hava belə olacaq - VİDEO
-
Nida Xəbər 18 Mart 19:30
Ordumuz bu ərazilərdə mövqelərini möhkəmləndirir - Zakir Həsənov
-
Səhiyyə18 Mart 18:40
Azərbaycanda dərmanlarla bağlı YENİ QAYDA