Dalana dirənən Sarkisyana Putin ZƏNG ETDİ - İkinci müharibə başlayır
Bizi izləyin

Cənubi Qafqaz

Dalana dirənən Sarkisyana Putin ZƏNG ETDİ - İkinci müharibə başlayır

Serj Sarkisyan baş nazir seçilən kimi Rusiya prezidenti Vladimir Putinlə telefonla danışıb.

Publika.az
xəbər verir ki, bu, Rusiya liderinin təbriki olsa da, Ermənistan mediası danışıqda İrəvanda başladılan “Məxməri inqilab”ın müzakirə edildiyini yazıb.

Bu, proseslərin ciddi narahatlıq yaratdığını da deməyə əsas verir.

Erməni siyasi şərhçi Aram Amatuni yazır ki, “əsəblərin müharibəsi başa çatdı, indi yeni mərhələ başlanır”.

Onun fikrincə, Nikol Paşinyanın başlatdığı hərəkat Sarkisyanın baş nazir seçilməsinin qarşısını ala bilmədi: “Faktiki olaraq, əsəb müharibəsi başa çatdı, indi mübarizənin yeni mərhələsi başlanır”.

A.Amatuni hesab edir ki, hadisələr silahlı qarşıdurmaya qədər gedib çıxa bilər.

Erməni ekspertlər Putinin Sarkisyana zənginin İrəvandakı aksiyaların gedişatını dəyişdirəcəyini düşünürlər. Belə ki, Sarkisyanın proseslərə güc yolu ilə müdaxilə edəcəyi gözlənilir.

Amatuni qeyd edir ki, əgər ya hakimiyyət, ya da etirazçılar gücə əl atacaqlarsa, bu, Ermənistanın qan gölünə çevrilməsi ilə nəticələnə bilər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm