Sarkisyan bunu ilk dəfə edib VAXT İSTƏDİ: Bizə imkan verilsə...
Bizi izləyin

Cənubi Qafqaz

Sarkisyan bunu ilk dəfə edib VAXT İSTƏDİ: Bizə imkan verilsə...

Ermənistanın baş naziri Serj Sarkisyan İrəvanda müxalifətin aksiyasına ilk dəfə münasibət bildirib.

Publika.az
xəbər verir ki, Sarkisyan mitinqlərin Ermənistanın inkişafına pozitiv təsir etmədiyini iddia edib.

“İnsanların toplaşma azadlığını məqbul qiymətləndiririk. Lakin nə vaxt onlar paytaxt küçələrini bağlayaraq, hərəkətə mane olurlarsa və böyük tıxaclar yaradırlarsa, bu inkişafın qarşısını almaqdır”, - deyə o bildirib.

Sarkisyan iddia edib ki, mitinqlər turistlərin ölkəyə gəlməsinə də mane olur: “2017-ci il ölkədə sakit il oldu və turistlərin gəlişindən iqtisadiyyat qazanc əldə etdi”.

Ermənistanın baş naziri həmçinin, xalqdan vaxt istəyib.

“Bizə bir neçə il lazımdır. Cəmi bir neçə il imkan verilsə, əhali inkişafı öz həyatlarında hiss edəcəklər”, - deyə o xahiş edib.

Qeyd edək ki, aprelin 17-də Sarkisyan parlamentin iclasında baş nazir seçilib. Buna etiraz əhali “Elk” fraksiyasının lideri Nikol Paşinyanın rəhbərliyi altında kütləvi aksiyalara başlayıblar. Artıq 6 gündür davam edən aksiya getdikcə böyüyür. Ermənistan polisi dünən etirazçılara atəş açmaq barədə xəbərdarlıq edib. Ekspertlər hadisələrin ölkədə qarşıdurmaya çevriləcəyini hesab edirlər.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm